SENTA-AZ Azəri SENTA-AZ Russian
Firma Profili

Ümumi məlumatlar

İlk olaraq, tətbiq ediləcək olan boya ilə əlaqədar bütün lazımi alət və cihazlar əldə edilməlidir.Boyanın tətbiq edilməsində ən vacib qayda daima eyni sistemdə eyni firmaya aid olan məhsulların istifadə edilməsidir.

Heç bir boya çirkli və nəmli səthə tətbiq edilməməlidir.Tətbiq ediləcək olan boyanın növünə uyğun olaraq səth hazırlanmalıdır.Səthdə hər hansı bir problem varsa, o aradan qaldırılmalıdır.İlk dəfə boyanacaq olan yeni sement sıvaqlı və ya beton səthlər üçün ən tez tətbiq edilmə vaxtı 3-4 həftə sonradır.

Bütün boyalar tətbiq edilmədən əvvəl öz qabında yaxşıca qarışdırılmalıdır.Taxtaqoruyucu, selülozik dolğu və epoksi qrupuna aid məhsullar öz qablarında qarışdırıldıqdan sonra başqa bir qaba tökülərək təkrar qarışdırılmalıdr.Boyalar nə çox isti nədəki çox soyuq hava şəraiti olan mühitdə tətbiq edilməməlidir. Boyama prosesi çox nazik qatlar tətbiq etməklə aparılmalıdır. Boyaya toz və ya maye halında olan qatqılar əlavə edilməməlidir və həmçinin qablaşdırılma üzərində göstərilən miqdardan artıq durulaşdırmaq da olmaz.Boyanın səthə yaxşı yapışması üçün parlaq səth mütləq matlaşdırılmalıdır.

Artıq qalan boyayı sonradan təkrar istifadə edə bilmək üçün boyaya onun üst səthini örtə bilən qədər özünün durulaşdırıcısından (sentetik və ya selülozik tiner) əlavə edilməlidir və qarışdırılmadan qapağı bağlanaraq sərin bir yerdə saxlanılmalıdır. Təmizlənərək boyanmaya hazır hala gətirilən səthlərin çirklənməməsi üçün iki qat astar çəkilməlidir. Düzgün olmayan səthləri düzəltmək üçün astarın üzərinə məcun tətbiq edilməlidir.

Böyük ölçülü çatlaq, yarıq və çuxurların doldurulması birbaşa deyil, nazik qatlar halında mərhələ ilə həyata keçirilməlidir. Məcun tamamilə quruduqdan sonra səth cilalanmalı, ikinci qat astar çəkilməlidir. Son qat boyalar xarici mühitə qarşı dözümlülüyü artırmaq və estetik görünüşü yaxşılaşdırmaq xüsusiyyətinə malikdirlər. Boya tətbiqində diqqət edilməsi lazım olan məqamlar aşağıdakılardır:

A- ) Boyama prosesində daima eyni sistemə, firmaya aid məhsullar istifadə edilməlidir.Tətbiqindən əvvəl yaxşıca qarışdırılmalı və əlverişli mühitdə saxlanılmalıdır. Lazımi ləvazimat seçildikdən sonra ən uyğun tətbiqi sistem seçilməli və tətbiq edilməlidir.

B - ) Boyalar heç bir halda çirkli və nəmli səthlərə tətbiq edilməməli, səth isə tövsiyyə olunan şəkildə təmizlənməlidir. İlkin kontrol edilmədən boyama prosesinə başlanılmamalıdır. Boyanı fırça ilə tətbiq edəndə iz qalmamasına diqqət yetirilməlidir. Səth yağ, kif, toz, his kimi çirklərdən təmizlənməlidir.

C - ) Üst-üstə boya tətbiq edilə bilməsi üçün alt səthin toxunulabilmə quruluq səviyyəsinə çatması lazımdır. Boyama prosesində ən yaxşı nəticəyi əldə edə bilmək üçün boyanın tətbiq ediləcəyi səth çox yaxşı tanınmalıdır.