CST Türkçe CST Russian
Müşteri Himzetleri
Firma Profili

Boya haqqında

BOYA-hər hansı bir səth üzərində tətbiq edildiyi zaman, dekorativ və qoruyucu bir təbəqə əmələ gətirən kimyəvi bir məhsuldur.

Bu məhsul müəyyən prinsiplər əsasında formulasiya edilən və özündə dörd əsas ünsürü ehtiva edən kimyəvi bir qarışıqdır. Piqmentlər təbiətdən saflaşdırılaraq və ya sintetik yollarla əldə edilən toz halında olan qatı dənəciklərdir.

Piqmentlərin boyaya qazandırdığı xüsusiyyətlər bunlardır: rəng verməsi, parlaqlıq, örtücülük, fiziki və kimyəvi dayanıqlılıq. Piqment nümunələri, titanium dioksit, çinko dioksit, dəmiroksit, kalsid, talk kimi maddələr müxtəlif xüsusiyyətlərə malik olan və boyaya çox az miqdarda lazım olan kimyəvi maddələrdir. Qatqı maddələri boyanın xüsusiyyətlərini yaxşılaşdırmaq, istənilməyən, neqativ dəyişikliklərin qarşısını almaq üçün istifadə edilir.

İsladıcılar, qurutucular, matlaşdırırcılar, köpükkəsicilər, antibakteriallar, ultrabənövşəyi şüadan qoruyucular boyanın uçucu qismini təşkil edən kimyəvi maddələrdir. Boyanın istehsalı və tətbiqi mərhələsində, istifadə edilən boyanın xüsusiyyətlərində heç bir dəyişiklik etmədən durulaşdıran mayelərdir.